Yəhudi əsilli rus oliqarx Abramoviç Türkiyədə 11 mülk alıb.
“Çelsi” klubunun sahibi kimi tanınan Abramoviçin sərvəti 12,9 milyard dollardır. Abramoviç bu sərvətlə Rusiyanın ən varlı adamları siyahısında 11-ci yerdədir.
Xatırladaq ki, Abramoviçin dəbdəbəli yaxtası yayda Türkiyədə olub. 140 metrlik lüks yaxta Bodrumda lövbər salmışdı. Elə o vaxtdan, Abramoviçin Türkiyəyə sərmayə yatırıb-yatırmayacağı ilə bağlı suallar verilməyə başlandı. Rusiya-Ukrayna müharibəsi səbəbindən rus investorları bir çox ölkələrdə maneələrlə üzləşirlər. Təbii ki, Abramoviçin də Türkiyəyə sərmayə qoyması təəccüblü deyil.
İnvestisiya haqqında bildiyimiz dəqiq məlumat olmasa da milyarderin İstanbulda bir qədər daşınmaz əmlak alacağı haqda söhbətlər gedirdi. Onun İstanbul Maslakında Darüşşafakanın yanında 60 sot torpaq alması ilə bağlı məlumat paylaşılmışdı.
Bu yaxınlarda mətbuatda da yer alan məlumata görə, Abramoviçin Feyyaz Tokar malikanəsini 50 min dollara icarəyə götürüb. Türkiyə mətbuatının yazdığına görə, Feyyaz Tokar malikanəsini kirayə götürmüş olsa da, ancaq onun Çuhadaroğlu malikanəsini aldığı öyrənilib.
Abramoviç təkcə malikanəni almayıb. Həmçinin Türkiyədə ümumilikdə 11 mülk alıb.
Abramoviç Türkiyədə 11 mülk ALDI
17
dekabr
20:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat