İğtişaşçılar Maçu-Pikçuya ən yaxın beynəlxalq hava limanının yerləşdiyi Kusko şəhərinə gedən əsas yolları bağlayıblar.
Bu gün Peru ordusunun helikopterlərdən istifadə etməklə turistləri Maçu-Pikçudan Kusko hava limanına təxliyə edəcəyi gözlənilir.
Məlumata görə, daha 200-ə yaxın amerikalı və avropalı turist Maçu-Pikçudan 30 kilometr aralıda yerləşən Ollantaytambo şəhərinə piyada yollanaraq, oradan Kuskoya gedən qatara minməyə cəhd edib.
Xatırladaq ki, dekabrın 7-də Peru prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını və ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan etdikdən sonra polis tərəfindən saxlanılıb, Parlament onun impiçmentini elan edib. Baş prokuror Daniel Soria ona qarşı cinayət təhqiqatının aparıldığını açıqlayıb. Devrilmiş prezident üsyanı təşkil etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Mənbə: ASN

