ABŞ prezidenti Co Bayden hələlik Kiyevə səfər etmək niyyətində deyil. 
Bu barədə “Politico” qəzeti Ağ Evin bir neçə rəsmisinə istinadən məlumat yayıb.
ABŞ rəsmiləri bunun əsasən təhlükəsizliklə bağlı olduğunu açıqlayıblar.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, əgər Rusiya prezidenti “həqiqətən də Ukraynada müharibənin dayandırılmasında maraqlı olarsa” hərbi əməliyyatı dayandırmaq üçün Vladimir Putinlə danışıqlara hazırdır.
скачать dle 12.1