Tezliklə Kiyevdə "paylama materiallarından" başqa heç nə qalmayacaq.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
O, Ukraynanın mümkün gələcəyindən danışarkən deyib: "Mən qonşularımızı demirəm, onların tezliklə heç bir şeyləri olmayacaq, hər şey paylama şəklində olacaq. Onlardan tamamilə fərqli olaraq Rusiyada hər şey var. Bu potensialı artırmaq üçün hər bir imkan var. Biz bunu mütləq edəcəyik".
Putin vurğulayıb ki, hazırda Ukraynada baş verən hadisələr faciədir, lakin bu, Rusiyanın deyil, həmişə rus dünyasını parçalamağa çalışan digər ölkələrin siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Rusiya öz üstünlüklərini bilir: nüvə triadası, hərbi kosmik qüvvələr, donanma, həmçinin ordusunu daha da təkmilləşdirmək üzərində işləməyə hazırdır.
"Tezliklə Ukraynada heç nə qalmayacaq" - Putin
21
dekabr
17:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat