Yunanıstan Belarusdan aviasiya uçuşları üçün öz hava məkanını bağlayıb və bu ölkəyə uçuşları qadağan edib.
Yunanıstan Mülki Aviasiya İdarəsindən bildirilib ki, Yunanıstan hava daşıyıcıları və təyyarə kapitanları gözlənilməz hallar istisna olmaqla, bu hava məkanından istifadə zəruri hesab edilmədiyi halda, Belarusun hava məkanına daxil olmamalıdırlar.
Həmçinin, Aİ-yə uçan xarici aviadaşıyıcılara Belarus üzərindən yan keçmək tövsiyə olunur.
Əlavə məlumat üçün quruum Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin müvafiq Təhlükəsizlik Direktivinə istinad etməyi tövsiyə edir.
İdarədən qeyd olunub ki, Belarus aviadaşıyıcıları tərəfindən idarə olunan təyyarələrin eyni müddət ərzində Yunanıstan Respublikasının ərazisinə enməsi, oradan havaya qalxması və ya onun üzərindən uçması qadağandır. Fövqəladə hallar zamanı, eləcə də humanitar və tibbi təyyarələr üçün istisnalar mövcuddur.
Mənbə: TASS
Yunanıstan Belarusa və Belarusdan uçuşlara qadağa qoydu
22
dekabr
11:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat