Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib. 
Bu barədə Kadırov "Telegram" kanalında yazıb.
"Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata - Aleksandr Nevski ordeni ilə təltif olundum", - Kadırov qeyd edib. 
Bundan əvvəl Kremldə ali dövlət mükafatlarının təqdimetmə mərasimi keçirilib. 
скачать dle 12.1