Kolumbiyada hərbi nəzarət məntəqəsinə yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində 4 əsgər yaralanıb.
Xarici KİV xəbər verir  ki, Antiokiya inzibati bölgəsindəki Briçeno qəsəbəsində hərbi nəzarət məntəqəsinə yerləşdirilən əl istehsalı bomba partlayıb.
Partlayışda yaralanan 4 əsgərin vəziyyətinin ağır olduğu bildirilir. 
Hücuma görə, keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı silahlı qruplaşma şübhəli bilinib. 
скачать dle 12.1