Estoniya Rusiyanın silahlı təcavüzünə qarşı müdafiədə Ukraynanı dəstəkləməyə davam edir.
Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Tallinndə keçirdiyi mətbuat konfransında deyib.
Ölkə Ukrayna Silahlı Qüvvələrinə Kiyevin tələb etdiyi texnika ilə yeni hərbi yardım paketini təsdiqləyib: "Biz Ukraynanı dəstəkləməyə davam edirik və bu gün biz Ukrayna hərbçiləri üçün yeni yardım paketi haqqında qərar qəbul etdik. Paketə, əsasən, şəxsi avadanlıqlar aiddir, çünki ukraynalılar bizdən xüsusi olaraq bunu istədilər".
Pevkurun sözlərinə görə, Estoniya Ukraynaya qış çöl geyimləri, fərdi mühafizə vasitələri və pilotsuz təyyarələr göndərəcək. Yeni hərbi yardımın ümumi dəyəri açıqlanmayıb.
Bu ölkə Ukraynaya PUA-ların verilməsini təsdiqlədi
23
dekabr
14:01

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi