Rusiyanın “Roskosmos” şirkəti “Soyuz MS-22” kosmik gəmisinin zədə alması səbəbindən kosmik stansiyada qalan astronavtların təxliyəsi planını nəzərdən keçirir.
Hələ ötən həftə “Soyuz MS-22”dən soyuducu mayenin sızması baş vermiş və bu da bir sıra nasazlıqlara səbəb olmuşdu.
İndiyədək qəzanın dəqiq səbəbləri bilinməsə də, meteoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də iki rus astronavtı açıq kosmosa çıxmağa hazırlaşdığı zaman beynəlxalq kosmik stansiyaya qoşulmuş kosmik gəmidə dəlik olduğu aşkarlanmışdı. Stansiyadan qar dənəciklərinə bənzər hissəciklərin ayrıldığı müşahidə olunmuşdu. Soyutma sisteminin zədələndiyi və soyuducu mayenin sızdığı ortaya çıxmışdı.
“Roskomos” və NASA nümayəndələri qəzanın kosmik stansiyanın fəaliyyəti və orada olan astronavtlar üçün təhlükə yaratmadığını desələr də, gəminin daxilində temperaturun əhəmiyyətli dərəcədə artdığı məlum olub. Bu da gəminin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu gəmi isə astronavtlar üçün nəqliyyat vasitəsidir və gələn ilin martında onlar bu gəmi ilə Yerə qayıtmalı idilər.
“Roskosmos”dan verilən məlumata görə, hazırda astronavtların beynəlxalq kosmik stansiyadan xilas edilməsi variantları nəzərdən keçirilir.
Hələlik yekun qərar verilməyib. Lakin əsasən iki variant nəzərdən keçirilir. Başqa bir “Soyuz” kosmik gəmisi orbitə çıxarıla bilər ki, bunun başvermə ehtimalı daha yüksəkdir. Ya da astronavtlar evlərinə zədəli gəmidə qayıdacaqlar, amma bu variant daha az ehtimal olunandır.
Mənbə: “The Guardian”
Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar
24
dekabr
11:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat