Çağırışa gələn ilan ovçusu Nik Evansın sözlərinə görə, ailənin narahat olmağa haqqı var imiş, çünki ağacın altından çıxan ilan qara mambadır.
Onun zəhərində qurbanın sinir sistemini sıradan çıxaran və 20 dəqiqə ərzində öldürə bilən güclü neyrotoksin olur.
“Santa evimdə olmasa da, mənə Milad hədiyyəsi qoyub gedib”, - deyə ilan ovçusu zarafatla bildirib.
Nikin sözlərinə görə, bura onun ilan tapdığı ən gülməli yerlərdən biridir.
Qeyd edək ki, bu yaxınlarda oxşar hadisə Avstraliyada yaşanmışdı. Orada da milad ağacının altından ilan tapılmışdı. Ancaq Cənubi Afrikadakı hadisədən fərqli olaraq bu ilan zəhərsiz olub.

Mənbə: Gazeta.ru