Dünyaca məşhur ifaçı Bob Marlinin nəvəsi vəfat edib.
Xarici KİV xəbər verir ki, onun 31 yaşlı nəvəsi Co Mersinin (əsl adı Cozef Marli) astmadan dünyasını dəyişdiyi bildirilir.
Onun ölümünün dəqiq səbəbləri barədə məlumat verilmir. O, maşında huşsuz vəziyyətdə tapılıb.
Qeyd edək ki, Co Marli 12 mart 1991-ci ildə anadan olub. İlk illərini Yamaykada keçirən Co sonra ailəsi ilə birlikdə Floridaya köçüb. O, Mayami-Deyd Kollecində studiya mühəndisliyi üzrə təhsil alıb.
Cozef Marli 2014-cü ildə səhnəyə çıxmışdı. Conun 2014-cü ildə “Comfortable” adlı mini albomu, 2021-ci ildə isə “Eternal” albomu çıxıb. O, həmçinin Yamaykanın “Morgan Heritage” qrupu ilə sonradan “ən yaxşı reqqi albomu” kimi “Grammy” mükafatına layiq görülən “Stricly Roots” albomu üçün trek yazıb.
Bob Marlinin nəvəsinin maşında meyiti TAPILDI
28
dekabr
14:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat