Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetinə Laçın yolu ilə bağlı çağırış etməsinə münasibət bildirib.
Səfir bununla bağlı "Twitter"də paylaşım edib.
L.Abdullayeva bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır. O qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.
Səfir fransalı parlamentarilərini sülh səylərini dəstəkləməyə çağırıb.





скачать dle 12.1