Missuri ştatından olan ABŞ sakini avtomobilini oğurlamaqda şübhəli bilinən bir qrup şəxsin izinə düşüb və onları Sent-Luis şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində güllələyib.
Bu barədə “Fox News” xəbər verir.
35 yaşlı Demeşa Koulman ikiqat qətl, silahlı hücum və odlu silahla üç cinayət törətməkdə ittiham olunub. Polis qadını 19 yaşlı Darius Cekson və 49 yaşlı Cozef Farraranı öldürdükdən az sonra saxlayıb.
Dindirilərkən Koulman avtomobilini qaçıranların əlindən almaq üçün yanacaqdoldurma məntəqəsinə gəldiyini bildirib. Video müşahidə kameralarındakı görüntülərdən məlum olub ki, qadın 3 kişinin olduğu maşının qapısını açıb və atəş açmağa başlayıb. Nəticədə onlardan ikisi ölüb, üçüncüsü isə başından yaralansa da, sağ qalıb.
Polis əməkdaşları vurulan üçlüyün Koulmanın avtomobilinin oğurlanması ilə bağlı olub-olmadığını hələ müəyyən etməyiblər. Qadın həbsdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun əvvəllər qanunla bağlı probleminin olmadığını müəyyən ediblər.
Qadın maşınını oğurlayanları GÜLLƏLƏDİ
29
dekabr
16:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat