Kambocanın Tailandla sərhədində yerləşən Poipet şəhərindəki “Grand Diamond City Hotel and Casino”da cümə axşamı baş verən yanğında azı 19 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə yerli hakimiyyət orqanlarının bəyanatına istinadən NHK telekanalı məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilir. Ölənlərin sayının 30-a yaxın ola biləcəyi istisna edilmir.
09:30
Kambocanın Tailandla sərhədində yerləşən Poipet şəhərində “Grand Diamond City Hotel and Casino” hotelində baş verən yanğında azı yeddi nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 53 nəfər xəsarət alıb, 8 nəfər itkin düşüb. Lakin polis ölən və yaralananların milliyyəti barədə məlumat vermir.
Yaralanan şəxslərin bəziləri yanıb, bəziləri yanma məhsullarından zəhərləniblər, bir qismi isə yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.
Hoteldəki yanğın hələ də söndürülməyib. İçəridə 400-dən çox adam ola bilər.
Kamboca hökuməti hotel kompleksində qalmış insanları xilas etmək üçün xüsusi təyinatlılar və helikopterlər göndərib.
Mənbə: Fresh News
Kambocada hoteldə güclü yanğın: Ölənlərin sayı açıqlandı - YENİLƏNİB
29
dekabr
17:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat