“Keçmiş futbolçu Pele Edson Arantes du Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - deyə sənəddə qeyd olunur.
Pelenin 82 yaşında vəfat etməsi faktını dekabrın 29-da qızı Keli Nasimento açıqlayıb. Əfsanəvi futbolçunun ölüm səbəbi daxili orqanların nasazlığı olub. Əfsanəvi futbolçu yanvarın 3-də Braziliyanın Santos şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Rio-de-Janeyroda İsa Məsihin heykəli Pelenin xatirəsinə dövlət bayrağının rənglərinə boyanıb.
