Dünyanın 500 ən varlı adamı son bir ildə təxminən 1,4 trilyon dollar itirib.
“Bloomberg“in hesablaması nəticəsində məlum olub.
Geniş yayılmış inflyasiya və Mərkəzi Bankın aqressiv siyasət ilə birlikdə bu il, COVID-19 pandemiyası dövründə sərvətləri anlaşılmaz yüksəkliklərə çatan bir qrup milyarder üçün dramatik bir eniş olub.
Əksər hallarda, artım nə qədər böyükdürsə, azalma da bir o qədər dramatik olur: İlon Mask, Ceff Bezos, Çanpen Çjao və Mark Zuckerberg tək başına ümumi sərvətlərinin təxminən 392 milyard dollarını itiriblər.
Bununla belə, bəzi milyarderlər üçün yaxşı xəbər var. Hindistanlı Qautam Adani sərvət indeksində Bill Qeyts və Uorren Baffeti geridə qoyub, Koxi və Mars klanı kimi dünyanın ən zəngin ailələrindən bəziləri də sərvətlərini artırıb.
O dövrdə dünyanın ən varlı adamı olan Mask “Tesla Inc”dən sonra yanvarın 27-də 25,8 milyard dollar itirib, təchizat problemləri barədə xəbərdarlıq edib. Bu, “Bloomberg“in maddi rifah indeksi tarixində dördüncü ən böyük bir günlük azalma idi və Mask üçün həm şəxsi, həm də maliyyə baxımından çətin bir il keçirəcəyinə işarə olub.
Çin bazarlarında vəziyyət getdikcə pisləşir, martın 14-də ölkənin ən varlı adamları 64,6 milyard dollar zərər çəkib. Onlar 2022-ci ildə COVID-in yayılmasının qarşısını almaq üçün gərgin səylər, daşınmaz əmlak bazarı və texnologiya sənayesinə artan diqqət səbəbindən daha 164 milyard dollar itiriblər və ABŞ ilə ticarət gərginliyi dünyanın ikinci ən böyük iqtisadiyyatına mənfi təsir göstərib.
Dünyanın ən zəngin 500 adamı bu il 1,4 trilyon dollar itirib
30
dekabr
18:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat