Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkel Minsk razılaşmalarına əməl etməyərək Kiyevə Donbasa qarşı hərbi əməliyyatlara hazırlaşmaq imkanı veriblər və bununla da Ukraynadakı münaqişənin səbəbkarlarına çevriliblər.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, Merkel və Ollandı “Minsk razılaşmalarını sabotaj etməklə” və onlardan “Kiyev rejimini hərbiləşdirmək üçün” istifadə etməklə beynəlxalq ictimaiyyəti aldadıblar.
"Məhz Merkel və Olland Minsk razılaşmalarını sabotaj edərək dünya birliyinin başa düşdüyü kimi Ukraynadakı münaqişənin səbəbkarına çevriliblər".
Bundan əvvəl Merkel “Die Zeit” qəzetinə müsahibəsində Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək cəhdi” olduğunu bildirmişdi. Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kanslerinin bu açıqlamalarını gözlənilməz və məyusedici adlandırıb.
"Merkel və Olland beynəlxalq ictimaiyyəti aldadıblar" - Volodin
05
yanvar
11:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat