El Çaponun oğlu Ovidio Quzman Lopezin polis tərəfindən saxlanılmasından sonra ölkədə etiraz aksiyaları keçirilir.
Sinaloa dəstə üzvləri şəhərin müxtəlif yerlərində polislə toqquşub.
Hadisələrdə 7-si polis olmaqla 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Zorakılıq dalğasının hava limanına keçməsi ilə əlaqədar 100-dən çox reysin ləğv edildiyi bildirilir.
Federal Mülki Aviasiya Agentliyi (AFAC) Sinaloa Hava Limanına giriş-çıxışın ştatda artan zorakılıq mühiti səbəbindən dayandırıldığını açıqlayıb.
Digər tərəfdən, Culiacan Beynəlxalq Hava Limanı yaxınlığında silahlı qüvvələrlə toqquşan dəstə üzvlərinin silahlarından çıxan iki güllə ticarət təyyarəsinə dəyib.
***09:05
Meksikada El Çapo ləqəbli məşhur narkobaron Xoakin Quzmanın oğlu Ovidio Quzman Lopez ölkənin şimalında saxlanılıb.
Meksikadakı federal hökumət mənbələrinə görə, ABŞ tərəfindən ən çox axtarılan narkotik tacirlərindən biri olan Quzman Culiacan şəhərində keçirilən əməliyyatda yaxalanıb.
Ştat qubernatorunu sözlərinə görə, federal polisin səhər saatlarında əməliyyat keçirdiyini və ictimaiyyətdən evlərini tərk etməmələrini istəyib.
Əməliyyatın təfərrüatları hələlik səlahiyyətlilər tərəfindən açıqlanmayıb.
Qeyd edək ki, El Çapo ləqəbli Xoakin Quzman iyul ayında ABŞ-ın Nyu-York ştatında iş üzrə ömürlük həbs cəzasına məhkum edilib.
2001 və 2015-ci illərdə Meksikada iki ciddi rejimli həbsxanadan qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutulub və ABŞ-a ekstradisiya edilib.
Meksikada narkobaronun oğluna görə etiraz keçirilir: 2 polis ÖLDÜ (YENİLƏNİB)
06
yanvar
10:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat