Almaniya və Norveç enerji və iqlim mühafizəsi sahələrində uzunmüddətli sıx tərəfdaşlıq haqqında razılığa gəliblər.
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek və Norveçin baş naziri Jonas Qahr Stör, yanvarın 5-də Osloda keçirilən görüşdə əsas elementi Almaniyaya hidrogen tədarükü üçün boru kəmərinin tikintisi olan strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
İlk olaraq Norveçin “Equinor” konserni bu kəmər vasitəsilə Almaniyanı təbii qazla, sonra isə Almaniyanın RWE şirkəti tərəfindən alınacaq bərpa olunan enerjidən istifadə etməklə hasil edilən hidrogenlə təmin edəcək.
“Biz bilirik ki, hidrogen xüsusilə yaşıl transformasiya və Almaniya üçün vacibdir. Biz hidrogenlə işləyəcək qaz elektrik stansiyaları tikmək istəyirik. Bu hidrogen Norveçdən gələ bilər və gəlməlidir”, - Stör bildirib.
Almaniya və Norveç CCS (Carbon Capture and Storage) texnologiyasından istifadə etməklə karbon qazının yeraltı saxlanması sahəsində də əməkdaşlıq etməyi planlaşdırırlar. Almaniyada bu texnologiya qadağandır, lakin Almaniyanın İqtisadiyyat naziri qanuna lazımi düzəlişlərin qəbuluna can atmaq niyyətindədir.
“İqlim mühafizəsi sahəsində qarşıya qoyulan məqsədlərə görə bizim artıq alternativlər axtarmağa vaxtımız yoxdur. Atmosferə atmaqdansa, CO2-ni yerə vurmaq daha yaxşıdır”, - Robert Habek bildirib.
Almaniya və Norveç hidrogen tədarükü üçün boru kəməri tikəcək
06
yanvar
19:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat