Rusiyanın İrkutsk vilayətində hərbi komissarlığa hücum edilib.
"Baza" xəbər verir ki, hadisə Bratsk şəhərində gecə saatlarında qeydə alınıb. Belə  ki,  naməlum şəxslər saat 02:00 radələrində binaya “Molotov kokteyli” atıb və ərazidən uzaqlaşıblar. 
Binada güclü yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən briqadası sövq edilib. 
скачать dle 12.1