Cənubi Afrika İnkişaf Cəmiyyəti (SADC) Mozambikdə sülhməramlıların terrorla mübarizə üçün bəzi cəsədləri yandırdığına dair görüntülərin ortaya çıxmasından sonra araşdırmaya başlayıb.
SADC-nin təhlükəsizlik orqanının rəhbəri Namibiya prezidenti Hage Geingob, yandırılan cəsədlərin görüntülərindən dərin kədərləndiklərini söyləyib.
Cənubi Afrika İcması Mozambik Missiyasının (SAMIM) rəhbərlərinin baş verənlərlə bağlı araşdırma başlatdıqlarını bildirən Geingob, görüntülərdəki hərəkətlərin qətiyyən qəbuledilməz olduğunu və məsul şəxslərin cəzalandırılacağını bildirib.
"Amnesty İnternational" 2022-ci ilin noyabrında Kabo Delqado bölgəsində çəkilən görüntülərdə sülhməramlıların ölmüş əsgərlərin cəsədlərini köhnə mebellərin arasına ataraq yandırdıqları əks olunub.
Qeyd edək ki, terror təşkilatı Ənsar'us Sünnənin 2017-ci ildən bəri Mozambikin Kabo Delqado bölgəsində dinc sakinlərə təşkil etdiyi hücumlarda 3 mindən çox insan həyatını itirib. Hücumlar nəticəsində 800 mindən çox insan didərgin düşüb.
SADC missiyasının bir hissəsi olaraq Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Lesoto, Malavi, Cənubi Afrika, Tanzaniya və Zambiyadan yüzlərlə əsgər ölkədə xidmət edir.
Bu ölkədə sülhməramlılar əsgərlərin cəsədlərini yandırdılar
12
yanvar
17:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat