İspaniyanın Marbella şəhərindəki limanda güclü yanğın baş verib. 
Xarici KİV xəbər verir ki, yanğında 80-ə yaxın qayıq yanaraq kül olub.
Yanğın texniki-təmir müəssisəsində axşam saatlarında qeydə alınıb. Limanın girişi mühasirəyə alındıqdan sonra alov 2 saat ərzində söndürülüb. 
Yanğının səbəbi hələlik məlum deyil.
скачать dle 12.1