Məşhur amerikalı müğənni və musiqiçi, "rok-n-roll kralı" Elvis Preslinin yeganə övladı Liza Mari Presli 54 yaşında vəfat edib. “Associated Press” agentliyi xəbər verir ki, bu barədə onun anası Prissilla Presli məlumat yayıb. Bildirilir ki, Liza Mari ürək tutmasından dünyasını dəyişib.