Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı Moldovada keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında məlumat yayıb.
O, zirvə toplantısının iyunun 1-də keçiriləcəyini bildirib. Mişelin sözlərinə görə, görüşün məqsədi sülhün möhkəmləndirilməsi və Avropanın ümumi maraqlarının müdafiəsidir.
Moldova Prezidenti Maya Sandu "Twitter" hesabında artıq 47 ölkənin dövlət və hökumət başçılarına rəsmi dəvətnamə göndərildiyini bildirib.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk iclası ötən ilin oktyabr ayında Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniyanın da dövlət və hökumət başçıları zirvə toplantısında iştirak edib.
Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı Moldovada keçiriləcək
13
yanvar
20:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat