Şahzadə Uilyam ilə mübahisə, Keyt Middlton və Meqan Markl arasındakı geyim böhranı və onun atası Kral Çarlzın Marklı Kraliça Elizabetin dəfn mərasimindən uzaq tutması kimi təəccüblü başlıqları özündə əks etdirən nəşr ilk günündə satış rekordları qırıb.

Penguin Random House nəşriyyatının açıqlamasına görə, “Spare” bu satış rəqəmi ilə gerçək hekayələrdən bəhs edən kitablar arasında birinci olub.
