“Rusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Rusiya Baş Qərargahına yeni rəis təyinatı sübut edir”.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi xəbər verir.
“Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinə hazırlığı sübut edir”, - deyə kəşfiyyat məlumatında qeyd olunur.
Kəşfiyyatçıların fikrincə, bu tədbirlər Rusiya Silahlı Qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin Rusiya qüvvələri tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır.
“İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin edilməsi təkcə Rusiyanın hərbi uğursuzluqlarına deyil, həm də Rusiya Federasiyasının genişmiqyaslı, uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına dəlalət edir”, - bəyanatda deyilir.
Xatırladaq ki, bundan əvvəl Ukrayna kəşfiyyatı yanvarın 15-də Rusiyanın yarım milyon nəfərlik səfərbərliyə başlayacağı barədə məlumat yayıb.
Mənbə: RBC-UKRAİNA
Ukrayna kəşfiyyatı: “Rusiya uzunmüddətli müharibəyə hazırlaşır”
14
yanvar
14:52

Qarabağ
KOMMENTLƏR
"Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq" - Stoltenberq
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb
Rusiya Ukraynanın daha bir hərbi aerodromunu sıradan çıxardı - YENİ İTKİLƏR AÇIQLANDI
Rusiya hərbçiləri 5 Ukrayna əsgərini öldürdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat