İstanbulda dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Haberler.com xəbər verir ki, müğənni və model Seçil Çiftçi keçmiş sevgilisini öldürüb, atasının köməyi ilə cansız bədənini meşədə basdırıb.
Belə ki, İstanbul İl Jandarma Komandanlığı Sancaktepedəki meşəlik ərazidə əlləri və ayaqları bağlı naməlum kişi cəsədi tapıblar. Araşdırmalardan sonra məlum olub ki, cəsəd Semih Sevgi adlı şəxsə məxsusdur.
Cinayət hadisəsində şübhəli bilinən Semih Sevginin keçmiş sevgilisi Seçil Çiftçi və onun atası Ç.Ç polis tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı məlum olub ki, qadın müğənni onunla barışmaq istəyən keçmiş sevgilisinin başına dəmir stulla zərbə endirib. Daha sonra o, Semihin öldüyünü görüb və atasından yardım istəyib. Belə ki, Ç.Ç qızına yardım edərək, oğlanın cansız bədənini avtomobilə aparıblar. Hadisəni əks etdirən görüntülər küçədəki müşahidə kameralarında yer alıb.
Seçilin ifadəsində keçmiş sevgilisinin cəsədfini meşəlik ərazidə basdırdığını etiraf edib.
Polis Seçil Çiftinin evində axtarış aparıb. Məlum olub ki, müğənni və model kimi fəaliyyət göstərən Seçilin evində narkotik maddə aşkarlanıb. Hazırda Çiftçilər barəsində cinayət işi açılıb. İstintaq davam edir.
Qadın müğənni sevgilisini öldürdü, sonra isə...
17
yanvar
10:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat