Müğənni Mark Entoni “Kainat gözəli- 2021” Nadia Ferreyra ilə evlənir.
Bu barədə Ferreyra instaqramda məlumat yayıb, üzük ilə şəklini paylaşıb. Cütlük qısa müddət əvvəl nişanlanıblar.
Qeyd edək ki, Ferreira ilə münasibətindən əvvəl Mark Entoni üç dəfə evlənib.
O, 2000-ci ildə keçmiş “Miss Universe” Dayanara Torres ilə ailə qurub. Onun bu evlilikdən iki övladı var: Kristian Entoni Muniz və Rayan Entoni Muniz. 2002-ci ildə cütlük ayrılıb. 2004-cü ildə Entoni aktrisa və müğənni Cennifer Lopezlə nikah bağlayıb. 2008-ci ildə onlar əkizlərin valideynləri oldular: Emma və Maksimilian. 2011-ci ildə məşhurlar boşanıblar. Mark Entoni 2014-2016-cı illərdə Şennon De Lima ilə evli olub, yollarını ayırıb.
Mark Entoni 4-cü dəfə evlənir
17
yanvar
12:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat