Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı cinayət işi başlanıb.
Bu barədə "Sputnik Armenia"ya məlumat yayıb. 
Bildirilir ki, 2014-cü ildən 2020-ci ilin dekabrına kimi bəyannamə təqdim etmək öhdəliyi daşıyan Baqmanyan şəxsi balansına guya qanuni gəlirlərini üstələyən və əsaslandırılmamış əmlak - pul vəsaitləri əlavə edib. O, bəyan edilməli olan yuxarıda qeyd olunan məlumatları da gizlədib.
Faktla bağlı araşdırma davam edir.
скачать dle 12.1