"Ukrayna hakimiyyəti Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğramasının mümkün səbəbləri kimi avadanlığın nasazlığı, təxribat və uçuş təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdən keçirir".
Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında yazıb.
"Faciənin səbəbləri müstəntiqlər tərəfindən müəyyən edilir. Bunun təxribat, avadanlığın nasazlığı, uçuş təhlükəsizliyi qaydalarının pozulması olub-olmadığını, biz tezliklə öyrənəcəyik”, - Geraşenko bildirib.
O, helikopterin qəzaya uğraması nəticəsində Ukraynanın dövlət xadimləri də daxil olmaqla, göyərtəsində olan hər kəsin: Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Enin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçin həlak olmasına aydınlıq gətirib. Geraşenko qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, onları “Ukraynanın vətənpərvərləri” adlandırıb.
Qeyd edək ki, hadisə yanvarın 18-də səhər saatlarında baş verib. Helikopter Kiyev vilayətindəki Brovarıda, uşaq bağçası və yaşayış binasının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı uşaqlar və müəssisənin əməkdaşları bağçada olub, onlar təxliyə olunub.
"Daxili işlər nazirinin ölümü təxribat ola bilər" - Geraşenko
18
yanvar
14:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat