Xəbər verdiyimiz kimi, Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi yanaraq ölüb.
Erməni mətbuatı xəbər verir ki, hadisədən sonra 15 hərbçinin həyatına son qoyan yanğınla əlaqədar aşağıdakı vəzifəli şəxslər işdən çıxarılıb.
- 2-ci Ordu Korpusunun komandiri, polkovnik Vahram Frunzoviç Qriqoryan,
- 2-ci Ordu Korpusunun qərargah rəisi, korpus komandirinin müavini polkovnik Miqran Sergeyeviç Maxsudian,
-2-ci Ordu Korpusunun maddi-texniki təminat və SKE üzrə komandirinin müavini, maddi-texniki təminat şöbəsinin rəisi, polkovnik Şiraz Gevorqoviç Xaçatryan,
- 2-ci Ordu Korpusunun komandirinin döyüş növbətçi müavini, polkovnik Artur Serjikoviç Oqanyan,
- ER Silahlı Qüvvələrinin Arxa Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi, polkovnik Sargis R. Mazmanyan.
Həmin şəxslər "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Ermənistanın Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında işdən çıxarılıblar.
Yanaraq ölən erməni hərbçilərə görə 5 polkovnik işdən çıxarıldı
19
yanvar
11:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat