Microsoft köhnəlmiş "Windows"un satışının bitmə tarixini açıqlayıb.
Xarici KİV xəbər verir ki, Amerika korporasiyası yanvarın 31-də məşhur OS üçün lisenziya satışını dayandıracaq.
Şirkət artıq Windows 10 üçün ödənişli lisenziyaları yaymasa da, əməliyyat sistemi müəyyən müddət ərzində yeniləmələri almağa davam edəcək.
“Windows 10 2025-ci ilin 14 oktyabr tarixinədək kompüterinizi viruslardan, casus və digər zərərli proqramlardan qorumaq üçün təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcək”, - deyə şirkət bildirib.
Nəşrin mütəxəssisləri qeyd ediblər ki, “Microsoft”un belə addımı şirkətin istehlakçıların köhnəlmiş ƏS-dən istifadə etməsini istəməməsi deməkdir.
"Təbii ki, Microsoft sizə Windows 11 lisenziyalarını almağı tövsiyə edəcək" deyilib. Eyni zamanda, Windows 10 üçün ödənişli lisenziyaları müxtəlif bazarlarda almaq mümkün olacaq.
Windows 10-un ilk versiyası 2015-ci ilin iyulun 29-da buraxıldı. 2021-ci ilin oktyabrın 5-də Microsoft Windows 11-i buraxdı.
Microsoft "Windows 10"un satışını DAYANDIRACAQ
20
yanvar
17:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat