ABŞ Ədliyyə Nazirliyi "Google"u rəqabətə zərər verməkdə ittiham edərək məhkəməyə verib.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, iddia şirkətin internet reklam bazarında hökmranlığı ilə bağlıdır.
İddia səkkiz ştat tərəfindən dəstəklənib: Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya.
скачать dle 12.1