Türkiyədə cin çıxarma adı iləqadını döyüb öldürənlərin məhkəməsi keçirilib.
Yerli media xəbər verir ki, hadisə Ankara şəhərində qeydə alınıb. Selçuk. T özünü cin çıxaran xoca kimi tanıdan Erdal. K-nın tövsiyəsi ilə arvadı Özge. T-nı oxlovla döyüb. 100 dəfə oxlovla döyülən qadın xəstəxanada ölüb.
Məhkəmə prosesində prokuror Erdal. K və Selçuk. T-nın da aralarında olduğu 6 nəfərə ağır cəza istəyib. Məlumata görə, onlara 13 il 6 aydan 22 il 6 aya qədər həbs cəzası verilməsi istənilib.

скачать dle 12.1