“Caviar Flying Tourbillon” adlı xüsusi model qranat daşlarının ən bahalısı olan parlaq yaşıl savoritlərlə bəzədilib. Savoritlər təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Onlar çox bahalıdır, rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar.
Ronaldunun saatında bu daşlardan 300 ədədi yer alıb. Korpusun özü ağ qızıldan, qayışı isə timsah dərisindən hazırlanıb. Saat 780 min dollar dəyərində qiymətləndirilir.

