Türkiyənin İstanbul şəhərində bir evin həyətində saxlanılan xoruzun futbol sevgisi görənləri heyrətə gətirir.
“Efe” adlanan xoruz hinin digər “sakinləri” kimi həyətdə gəzmək əvəzinə, uşaqlarla top oynamağa üstünlük verir.
7 aylıq xoruz həyətdə uşaqların yanına gedərək topla oynayır. Yanına atılan topları ayaqları ilə havaya vurub yenidən uşaqlara qaytarır. Xoruzun oyun zamanı bu şən əhvali-ruhiyyəsi maraqlı görüntülər ortaya çıxarıb. “Efe” xoruzun futbol sevgisi kameralar tərəfindən lentə alınıb.
Xoruzla oynayan uşaqlardan biri deyib ki, onun futbol sevgisini təsadüfən kəşf ediblər.
“Bura əmim oğlu ilə gəlirik. Topla oynadığımız zaman səhvən xoruzun yanına yuvarlandı, xoruz topu təkrar bizə atdı. Beləliklə də xoruzun futbol istedadını kəşf etdik. Bundan sonra mən, əmim oğlu və xoruz birlikdə oynamağa başladıq. Xoruzu yedizdiririk, o da bizimlə top oynayır. Belə bir dostluq münasibəti qurmuşuq”, - deyə Ömər Murad adlı uşaq bildirib.
Mənbə: CNN.Türk
Türkiyədə xoruzun qeyri-adi istedadı: Uşaqlarla futbol oynayır
27
yanvar
11:50

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər