Keçən ilin yayında həmkarı Serkan Çayoğlu ilə nikah masasına oturan aktrisa Özgə Gürel evliliyindən danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, aktrisa çox xoşbəxt olduğunu və hər şeyin yolunda getdiyini bildirib:
“Toyumuzu xatırladıqca Serkanla üzümüzdə güllər açır. Xoşbəxt münasibətin sirri olub-olmadığını bilmirəm. İnsan əvvəlcə özünü tanımalıdır. Biz Serkanla böyümüşük, hələ də böyüyürük. Bir-birimizi kəşf edirik. Serkanı çox sevirəm. Hərdən əsəbiləşirəm, amma aşiq olduğum üçün bəzi şeyləri yox sayıram. Bir-birimizin həyatında yer açdıq, bəzi yerləri isə bağladıq!” – aktrisa deyib.
Xatırladaq ki, cütlük 7 illik münasibətlərini ötən ilin iyul ayında rəsmiləşdiriblər.

скачать dle 12.1