“Sony” şirkəti qaçmağı sevənlər üçün xüsusi qulaqlıqlar təqdim edib.
Xarici media xəbər verir ki, “float run” adlanan bu yeni cihazlar qulaqları tam örtmür və boyun ətrafında yerləşdirilir.
Yeni qulaqlıqlar suya və toza davamlıdır. Çəkisi 33 qramdır. Bu da cihazdan qaçış zamanı heç bir narahatlıq hiss etmədən istifadəyə imkan verir.
Qulaqcıqlar bir dəfə enerji yığmaqla 10 saata qədər işləyə bilir.
Cihaz qulaqda tər yığılmasının qarşısını da alır. Bundan əlavə, o istifadəçiyə ətrafdakı səsləri eşitməyə kömək edir. Bu da xüsusilə şəhər yerlərində əlavə təhlükəsizliyi təmin edir.
“Float Run” bu ilin fevralında bazara çıxarılacaq və yalnız ağ-qara rəngdə olacaq. Onların qiyməti isə 130 dollardan baha olmayacaq. Həmçinin, qulaqlıqların üzərində şarj aləti və cihazı saxlamaq üçün kiçik çanta da veriləcək.
Qaçmağı sevənlər üçün xüsusi QULAQLIQLAR
30
yanvar
14:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat