İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana qarşı birgə səylərini artıracaqlar.
Bunu bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ölkəyə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib.
“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Biz ümumi siyasət hazırlamaq və təhlükənin qarşısını almaq üçün birgə işləməyə çalışmaq barədə gözəl söhbət etdik. Bir daha deyirəm: Bizim siyasətimiz, mənim siyasətim İsrail qüvvələrinin İranın nüvə silahı və onların çatdırılma vasitələrini əldə etməsinə mane olması üçün hər şeyi etməkdən ibarətdir”, - İsrailin baş naziri deyib.
Onun sözlərinə görə, İsrail ərəb ölkələri ilə münasibətlərin normallaşması istiqamətində tarixi irəliləyiş əldə etməyi düşünür. Netanyahu bildirib ki, İsrailin ərəb ölkələri ilə əməkdaşlığının genişləndirilməsi Fələstinlə nizamlanmanın həllinə kömək etməlidir.
Mənbə: TASS
İsrail və ABŞ İrana qarşı birgə səylərini artıracaqlar
31
yanvar
11:14

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər