“Sony” şirkəti yeni “God of War: Ragnarok” oyununun reklam kampaniyası çərçivəsində Londonun mərkəzində nəhəng Leviafan baltası şəklində abidə quraşdırıb. Qeyri-adi obyektin fotoları “PlayStation”ın Britaniya bölməsinin rəsmi “Twitter” hesabında peyda olub. Bildirilir ki, böyük balta formasındakı art-obyekt Londonda çox qalmayacaq – o, yanvarın 31-də axşam saatlarında yığışdırılacaq. скачать dle 12.1