Hollandiya və İngiltərədən sonra Almaniya İstanbuldakı Baş Konsulluğunu "təhlükəsizlik səbəbiylə" bağladığını açıqlayıb.
Bu barədə konsulluğun sosial media hesabında yer alan paylaşımda "Baş Konsulluğumuz təhlükəsizlik səbəbi ilə bu gün (1 fevral) bağlanacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik" mesajı yer alıb.
***21:18
Hollandiyanın İstanbul Beyoğlu Baş Konsulluğu Konsulluq ətrafında baş verə biləcək etiraz nümayişləri və Qərb hədəflərinə artan təhlükə səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb.
Hollandiyanın İstanbul Baş Konsulluğundan verilən açıqlamada İstanbul Beyoğlu Baş Konsulluğunun 30 Yanvar tarixindən etibarən müvəqqəti olaraq bağlanacağı açıqlanıb.
Bəyanatda aşağıdakılar yer alıb:
“Hollandiyanın İstanbuldakı Baş Konsulluğu ətrafında baş verə biləcək etirazlar və Qərb hədəflərinə artan təhlükə səbəbindən Hollandiyanın İstanbuldakı Baş Konsulluğu 30 Yanvar 2023-cü il tarixindən etibarən müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanacaq”.
ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
ABŞ səfirliyinin dünən verdiyi açıqlamada Türkiyə vətəndaşlarına qərbli turistlərin tez-tez getdiyi yerlərdə, xüsusilə İstanbul, Beyoğlu və Qalatada ola biləcək terror aktları ilə bağlı xəbərdarlıq edilib.
Bu ölkələr İstanbuldakı Baş Konsulluqlarını bağladı - YENİLƏNİB
01
fevral
12:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat