Nothing şirkətinin təsisçisi və "CEO"su olan Carl Pei şirkətin artıq "Nothing Phone 2" üzərində çalışdığını deyib.
Xarici KİV xəbər verir ki, eyni zamanda, o, yeni smartfonun çıxış müddətini və onun birinci Nothing Phone-dan nə ilə fərqlənəcəyini açıqlayıb.
Belə ki, Carl Pei "Nothing Phone 2"i bu ilin sonuna yaxın təqdim olunacağı və ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulacağını qeyd edib. Onun sözlərinə görə, yeni smartfonda şirkət mütəxəssisləri öz əsas diqqətlərini proqram təminatına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına ayıracaqlar. Bunun vasitəsilə şirkət daha çox istifadəçini özünə cəlb etmək istəyir.
Qeyd edək ki, "Nothing Phone 1"dən fərqli olaraq "Nothing Phone 2" daha premium smartfon olacaq. Çox güman ki, smartfon daha flaqman texniki özəlllikləri ilə təchiz olunacaq. Təbii ki, bu da öz növbəsində onun satış qiymətinə təsir göstərəcək.
"Nothing" şirkəti yeni telefon üzərində ÇALIŞIR
01
fevral
12:10

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər