Meksikada yerli hökumətə etiraz edən insanlar bələdiyyə sədri ilə birlikdə bəzi yerli idarəçiləri qaçırıblar.
Xarici KİV xəbər verir ki, hadisə Meksikanın Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində baş verib. 100 nəfərlik qrup bələdiyyə orqanlarının bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyi səbəbiylə etiraz aksiyası təşkil edib. Onlar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək, səlahiyyətlilərdən izahat tələb ediblər. Bundan sonra etirazçılarla idarə işçiləri arasında toqquşma olub.
Bələdiyyə sədri və digər rəsmiləri qaçıran etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.
Meksikada bələdiyyə sədrini qaçırıb, yandırmaqla hədələdilər
02
fevral
10:31

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər