Estoniya Xarici İşlər Nazirliyi İranın səfirini çağıraraq Tehranın Rusiyanın Ukrayna ərazisinə hücumunu və İranda insan haqlarının əhəmiyyətli dərəcədə pozulmasını dəstəkləməsini kəskin pislədiyini bildirib.
Xarici KİV xəbər verir ki, Estoniya birmənalı şəkildə Rusiyanın Ukraynaya qarşı hücumuna verdiyi hər hansı dəstəyi, o cümlədən İranın Rusiyaya hücum pilotsuz təyyarələri vermək qərarını pisləyir.
“Hücum pilotsuz uçan aparatlarının istifadəsi çoxsaylı mülki əhalinin ölümü və Ukraynanın infrastrukturuna böyük ziyan vurması ilə nəticələnib. Estoniya İran hökumətini bu əsassız hücuma hər cür dəstəyi tamamilə dayandırmağa çağırır”, - deyə xarici siyasət idarəsinin rəhbəri Reinsalu bildirib.
Estoniya Xarici İşlər Nazirliyi həmçinin İran vətəndaşlarının və sakinlərinin edam edilməsini və “yüzlərlə insanın ölümünə səbəb olan” zorakılıq dalğasını da pisləyib.
İran səfiri Estoniya XİN-ə ÇAĞIRILDI
02
fevral
14:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat