Ötən ilin mayında pravoslav fəallar Moskva İstintaq Komitəsinə bəyanət göndərsələr də, iş rədd edilib.
Vəkil Aleksandr Dobrovinski bildirib ki, Kirkorov şou ilə dindarları incitmək istəməyib. Dobrovinski xatırladıb ki, musiqiçi dəfələrlə xristianlara və xristianlığa hörmət etdiyini bəyan edib. Hüquq müdafiəçisi əmindir ki, iddianın məqsədi Kirkorovun yaradıcılıq fəaliyyətini qeyri-qanuni məhdudlaşdırmaq cəhdidir.
Milyon rublluq iddianı Mixail Teodoridinin başçılıq etdiyi pravoslav fəallar qaldırıb. İşin məhkəməyə verilib-verilməyəcəyi məlum deyil.


