İtaliyada ən güclü mafiya təşkilatlarından birinə liderlik edən Edqardo Qreko pizza bişirərkən yaxalanıb.
63 yaşlı Edqardo Qreko İtaliyanın cənubundakı Kalabriyada güclü mafiya təşkilatı olan məşhur "Ndrangheta"nın lideridir.
Belə ki, 16 ildir İnterpol tərəfindən axtarışda olan Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranını işlətdiyi məlumolub. Polislər onu restoranında pizza bişirərkən yaxalayıb.
İnterpolun verdiyi açıqlamada "təhlükəli qaçaq" olaraq xarakterizə edilən Qrekonun Stefano və Cüzeppe Bartolomeonun qətlinə görə ömürlük həbs cəzasını çəkməsi üçün İtaliyada axtarıldığı bildirilib.
İtaliya polisi Bartolomeo qardaşlarının 1991-ci ilin yanvarında balıq tankında dəmir çubuqlarla döyülərək öldürüldüyünü bildirib.
Onların cəsədləri heç vaxt tapılmayıb. Bildirilir ki, onların cəsədləri turşuda həll olunub.
Mafiya lideri pizza bişirərkən saxlanıldı
03
fevral
10:28

Qarabağ
KOMMENTLƏR
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”