Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı Bolatın əlindən təxminən 300 min hektar torpaq sahəsi alınıb.
Bunu “Amanat” Partiyası yanında Dövlət İdarəçiliyinin İnkişafı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Respublika İctimai Şurasının sədri Yerlan Sairov deyib.
Onun sözlərinə görə, Manqistau vilayətində 239 min hektar, Cambul vilayətində isə 60 min hektar torpaq sahələri hazırda dövlətə qaytarılıb. Onların sahibləri Bolat Nazarbayevin törəmə şirkətləri idi.
Sairov onu da qeyd edib ki, bundan əvvəl Qazaxıstan Baş Prokurorluğu ilə birgə ümumi sahəsi 244 hektar olan 59 torpaq sahəsi müəyyən edilib ki, onların da sahibi “şübhəli şəraitdə” ölkənin sabiq prezidentinin qardaşı olub.
Nazarbayevin qardaşının əlindən 300 min hektar torpağı alınıb
03
fevral
11:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat