Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF radiostansiyasının efirində bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya Oyunları boykot edilməlidir.
“Əgər Rusiya və Belarus idmançıları 2024-cü il Olimpiya Oyunlarına buraxılarsa, biz bu oyunları sadəcə olaraq boykot etməliyik. Belə oyunlarda iştirak etməməliyik. Bu, BOK-a göstərməli olduğumuz təzyiqdir. Bu, mənim fikrimdir, idman birlikləri hökumətdən müstəqil olduqları üçün öz qərarlarını verəcəklər. Ancaq hamını belə bir qərar verməyə çağıracağam”,- XİN rəsmisi deyib.
Qeyd edək ki, yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının hələ müəyyən edilməmiş bir sıra ciddi şərtlərlə beynəlxalq yarışlara qayıtmasına icazə verib, lakin bu barədə danışmağın hələ tez olduğu bildirilib.
Ukrayna və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr rusiyalıların və belarusların turnirlərdə iştirakına qarşı çıxıblar, lakin BOK əksər idman təşkilatlarının, o cümlədən Milli Olimpiya Komitələrinin bütün beş qitə assosiasiyasının onun mövqeyini dəstəklədiyini bildirib.
Mənbə: sportrbc.ru
Polşa Olimpiadanı boykot edə bilər
04
fevral
10:42

Qarabağ
KOMMENTLƏR
Lavrovun ATƏT-in iclasında iştirakına icazə verilmədi
BOK-un prezidenti rusların yarışmalarında iştirakına icazə istədi
Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırıldı
Rusiya və Belarus idmançıları Pekində keçiriləcək oyunlara buraxmadı
Rusiya və Belarus Paralimpiya Oyunlarından kənarlaşdırıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat