Məşhur aktyor Oktay Kaynarcanın "Ben Bu Cihana Sığmazam" serialından ayrılacağı iddia edilib.  
Aktyorun ssenari müəllifi və prodüseri olduğu serialından ayrılmasına səbəb xaricdən böyük bir iş təklifinin gəlməsi olub. 
Fevralın 7-də yayımlanacaq "Ben Bu Cihana Sığmazam"da Kaynarcanın silahla vurulma səhnəsi fraqmanlarda yer alıb. Bu da aktyorun 20-ci bölümlə serialdan ayrılacağı iddialarını gücləndirib. 
Lakin Oktay iddialarla bağlı heç bir açıqlama verməyib.скачать dle 12.1