Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcık olan və 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD Başkanlığında açıqlama verib.
CNN Türk xəbər verir ki, Türkiyə lideri zəlzələdə ölənlərin sayının artacağını istisna etməyib:
"Bu gecə saat 04:17-də baş verən 7,7 bal gücündə zəlzələ geniş ərazidə hiss olunub. AFAD və Kızılay kimi qurumlar vasitəsilə 9 min nəfərin axtarış-xilasetmə işləri davam edir. Zəlzələnin böyük dağıntılara səbəb olduğu vilayətlərimizdə çökmüş binaların altında qalan vətəndaşlarımızın aşkarlanması və xilasetmə işləri fasiləsiz olaraq davam edir. Zəlzələ bölgəsində bir çox binada dağıntıların çıxarılması işləri davam etdiyi üçün ölən və yaralananların sayının nə qədər artacağını bilmirik. Belə dövrlərdə nəqliyyatın və rabitənin sağlam idarə olunması vacibdir. Beynəlxalq yardım üçün ölkəmizlə əlaqələr qurulmağa başlanıb. NATO və Aİ ilə yanaşı 45 ölkədən də yardım təklifi almışıq. Ölkə və millət olaraq bu faciəli günləri birlik və bərabərliklə geridə qoyacağıq".
"45 ölkədən yardım təklifi almışıq" - Ərdoğan
06
fevral
14:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat